...

Nüsrət Qasımov: "2005-ci ildə Bakı əhalisinin qaz puluna görə bocru 678 milyard manatdan (k.p) çoxdur"

Energetika Materials 3 Fevral 2006 17:57 (UTC +04:00)

Fevralın 3-də Bakı Baş İstehsalat Qaz İdarəsində mətbuat konfransı keçirilib. Trend in məlumatına İdarə rəisinin birinci müavini Nüsrət Qasımov Bakı şəhərinin qazla təmin olunması, bu sahədə qarşıya çıxan problemlər, əhalini narahat edən məsələlər barədə açıqlama verib.

O, bildirib ki, Bakı şəhərinə bir sutkada 11 milyon 800 kubmetr qaz verilir, əhali müntəzəm olaraq qazla təmin olunur. Lakin əhalinin qaz pulunu ödəməyən təbəqəsi qaz verilməməsinə görə Bakı Baş İstehsalat Qaz İdarəsini günahlandırır. Nüsrət Qasımovun sözlərinə görə, İdarə əhalinin güzəştsiz təbəqəsinə, ayrı-ayrı obyektlərə verilən qazın pulunu yığa bilmir: "Əzizbəyov rayonuna verilən qazın cəmi 7 faizinin, Sabunçu rayonundan 9, Suraxanıdan 12, Səbaildən 17, Binəqədi rayonundan 16 faiz pulu ödənilib. Bakı şəhərində istixanaların sayı 3500-dən çoxdur və onların 88 faizindən pulu yığa bilmişik"-deyə Nüsrət Qasımov bildirib.

Rəis müavini qeyd edib ki, Bakı Baş İstehsalat Qaz İdarəsi paytaxta verilən qazın yayda 18 kubmetrinin, qışda isə 26 kubmetrinin pulunu yığa bilir. N.Qasımov bildirib ki, Azərbaycanda qazın bir kubmetri 236 manatdır (köhnə pulla), halbuki başqa dövlətlərdə bu rəqəm xeyli yüksəkdir. İradə rəhbərinin sözlərinə görə, Bakının 44 min nəfər sakininin 1 milyondan 11 milyonadək (köhnə pulla) qaz borcu var. 2005-ci ilin yekunlarına görə, əhalinin qaz istifadəsinə görə İdarəyə olan borcu 678 milyard manatdan (köhnə pulla) çoxdur. N.Qasımov həmçinin diqqətə çatdırıb ki, Bakının 15 massivində qlobal işlərə başlanılıb, Mərdəkan, Buzovna, Şubanı, Buta, Korgöz, Qazıldaş və digər qəsəbələrə müvafiq oralaq bir neçə kilometr qaz kəmərləri çəkilir.

Xəbər lenti

Xəbər lenti