...

AR DNŞ 2006-cı ilin yanvarında Anshad Petrol MM-dən sərbəst qaz alışını 13,3% artırıb

Energetika Materials 3 Fevral 2006 20:08 (UTC +04:00)

Anshad Petrol müştərək müəssisəsi (MM) 2006-cı ilin yanvarında AR DNŞ-ə 3,4 mln. m3 sərbəst qaz satıb ki, bu da 2005-ci ilin analoji dövründən 0,4 mln. m3 çoxdur. Bu barədə Trend ə AR DNŞ-də bildirilib.

Anshad Petrol "Neftçala", "Hillə" və "Babazənən" müqavilə sahəsinin quyularında qaz hasil edir. MM sərbəst qazın ilk satışını 2004-cü il aprelin əvvəlində 2 mln. m3 həcmində həyata keçirib.

AR DNŞ-in məlumatına görə, dekabrda Anshad Petrol 2,6 mln. m3 qaz satıb. AR DNŞ Anshad Petrol MM-dən 65 min AZM ($13/1 min m3) qiymətinə alır və "Azəriqaz" QSC-yə satır. Öz növbəsində, "Aztransqaz" İB "Azəriqaz"ın tərkibinə daxildir.

Anshad Petrol MM 1993-cü ildə AR DNŞ ilə Türkiyənin Atilla Dogan Petrol şirkəti arasında keçmiş "Neftçalaneft" NQÇİ-nin əsasında yaradılıb. 1994-1996-cı illərdə Anshad Petrol MM-in operatoru Atilla Dogan Petrol şirkəti olub, amma 1997-ci ildən AR DNŞ bu funksiyanı öz üzərinə götürüb. 1995-ci ildə Malayziyanın Land and General Berhad şirkəti Atilla Dogan Petrol şirkətindən 17,15% pay alaraq layihənin iştirakçısı olub.

Xəbər lenti

Xəbər lenti