...

Azərikimya dövlət şirkətində yanvar ayının yekunlarına görə istehsal artımı 44,9% təşkil edib

Energetika Materials 6 Fevral 2006 14:43 (UTC +04:00)

2006-cı ilin yanvar ayında Azərikimya dövlət şirkətində istehsal problemlərinin həllinə yönəlmiş aparılan işlərin yekununa görə və 2005-ci ilin həmin bu göstəricilərlə müqayisədə 44,9% -dən çox məhsul istehsal olunub. Bu barədə Trend ə Azərikimya DŞ-dən məlumat verilib.

Ayrı-ayrı müəssisələr üzrə istehsalda artım aşağıdakı kimi müşahidə olunub:

"Fəal səthi maddələr" zavodu üzrə 23,6%, "Üzvi sintez" üzrə 46,2%, "Etilen-polietilen" zavodu üzrə 65,8%.

Bundan əlavə, 2005-ci ildə Azərikimya Dövlət Şirkəti 123,9 mln manatlıq proqnoza qarşı 125,7 mln manat məbləğində əmtəə məhsulu istehsal edib. Bu dövrd ərzində Azərikimya-nın tərkibinə daxil olan müəssisələrin əməkdaşlarının sayı 6943 nəfər, orta əmək haqqı bütün ölkə üzrə göstəricilərdən aşağı (təqribən 128 manat) olaraq 109,5 manat səviyyəsindədir.

Xəbər lenti

Xəbər lenti