...

Türkiyənin energetika naziri Xəzər regionunun enerji daşıyıcılarının nəqli məsələsini müzakirə etmək üçün ABŞ-a yola düşəcək

Energetika Materials 6 Fevral 2006 15:18 (UTC +04:00)

Xəzər regionu ölkələrindən Türkiyəyə enerji tədarükü, xüsusilə Bakı-Tiflis-Ceyhan neft kəməri və Cənubi Qafqaz qaz kəməri (SCP) layihələrinin həyata keçirilməsi Türkiy ənin energetika və təbii sərvətlər naziri Hilmi Gülərin fevralın 7-də ABŞ-a səfəri zamanı əsas müzakirə mövzusu olacaq. Trend in Türkiyə KİV-nə istinadən xəbər verdiyi kimi Rusiyadan qaz idxalını azaltmağa çalışaraq rəsmi Ankara alternativ enerji daşıyıcısı mənbələrinin axtarışına başlayıb.

Eyni zamanda Türkiyəyə "Şah-Dəniz" yatağından 6.6 mlrd m3 Azərbaycan qazının tədarükünü nəzərdə tutan SCP layihəsi ilə yanaşı, detallarının H.Gülərin yanvar ayında Aşqabad səfəri zamanı müzakirə olunduğu "Transxəzər qaz kəməri" layihəsinin həyata keçirilməsi ilə bağlı məsələlər də müzakirə mövzusu olacaq.

15 il bundan əvvəl Türkiyə və Türkmənistan prezidentləri arasında həyata keçirilməsi haqqında sazişin imzalandığı "Transxəzər qaz kəməri" ilə hər il Türkiyəyə 16 mlrd m3, Avropa bazarları üçün isə 14mlrd m3 qaz tədarük olunacaq.

1 min m3 Türkmənistan qazının Türkiyəyə 130 dollara başa gələcəyi ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti