...

AR DNŞ öz qazının hasilatını artırıb

Energetika Materials 7 Fevral 2006 16:32 (UTC +04:00)

2006-cı ilin yanvarında Azərbaycanın neft və qazının hasilatı üzrə "Azneft" istehsalat birliyinin (İB) neft-qazçıxarma idarələri (NQÇİ) tərəfindən 329 mln. 955 min m3 qaz hasil olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1,2% çoxdur. Bu barədə Trend ə AR DNŞ-də bildirilib.

Daha çox həcmdə qaz "Günəşli" yatağının işlənib hazırlanması ilə məşğul olan "28 may" NQÇİ tərəfindən hasil edilib. AR DNŞ-in əsas neft və qaz həcmi bu idarənin payına düşür. Bu yataqda yanvar ayında 207 mln. 636 min m3 qaz hasil olunub ki, bu da ötən ilin yanvarı ilə müqayisədə 5,1% çoxdur.

Daha az neft və qaz hasilatı "Muradxanlı" yatağında müşahidə olunur. Bu ilin yanvarında burada 50 min m3 qaz hasil olunub ki, bu da proqnoza və ötən ilin hasilat həcminə müvafiqdir.

Qaz hasilatında ötən ildən daha çox gerilik "Balaxanıneft" və "Bulla-Dəniz" NQÇİ-də müşahidə edilir ki, burada bu ilin proqnozunun qabaqlanmasın baxmayaraq 832 min m3 qaz hasil edilib ki, bu da ötən ildə olduğundan 62,4% azdır. Bununla, AR DNŞ-in neft hasilatında fəaliyyətinin mövcud həcmin saxlanılmasına önəldilməsinə baxmayaraq qaz hasilatında əksinə şirkət artıma nail olmaq niyyətindədir. Xüsusilə, bunun hazırda atmosferə atılan aşağı təzyiqli qaz, eləcə də yeni quyuların qazılması hesabına edilməs nəzərdə tutulur.

2006-cı ilin yanvarında "Azneft" İB-nin faktiki və planlı qaz hasilatının (min m3) müvafiq cədvəli belədir:

NQÇİ

yanvar, plan

yanvar, fakt

% 2005-ci ilin yanvarı üçün

28 May

206120

207636

105,1

Neft Daşları

4430

4430

100,0

N.Nərimanov adına

39700

40650

94,6

Balaxanıneft

770

832

37,6

Qum Adası

27580

31464

100,2

Abşeronneft

3310

3343

98,6

Bibiheybətneft

1790

1890

103,8

Binəqədineft

-

-

-

Suraxanıneft

1530

1612

95,7

A.Əmirov adına

3030

3505

105,6

Bulla-Dəniz

31980

32316

92,6

H.Z.Tağıev adına

760

810

101,3

Siyəzənneft

1400

1417

91,1

Muradxanlı

50

50

100,0

Azneft İB üzrə cəmi

322450

329955

101,2

Xəbər lenti

Xəbər lenti