...

Xarici şirkətlər quruda qaz hasilatının azaldıblar

Energetika Materials 7 Fevral 2006 16:47 (UTC +04:00)

2006-cı ilin yanvarında Azərbaycanın quru yataqlarında işləyən birgə müəssisələr və əməliyyat şirkətləri 9 mln 804 min kubmetr qaz hasil ediblər. Bu göstərici proqnozlardan 7 mln 526 min kubmetr ötən ilin analoji göstəricisindən 13,3% azdır.

Qurudakı yataqların bərpası və işlənməsi üzrə layihələrdə iştirak edən ARDNŞ-dən Trend ə verilən məlumata görə, qaz hasilatında nisbətən yüksək həcm "Kürsəngi-Qarabağlı" müqavilə sahəsində çalışan Salyan Oil əməliyyat şirkətinin payına düşür. Bu şirkət yanvar ayında 3 mln 366 min kubmetr qaz hasil edib. Bu qazdan şirkət öz ehtiyacları üçün, eləcə də, optimal təzyiqi əldə etmək üçün laylara qaz vurulması məqsədilə istifadə edir. Proqnozun artıqlaması ilə yerinə yetirilməsinə baxmayaraq, şirkət ötən il 32,9% qaz hasil etmişdi ki, bu da bu ilin yanvar ayındakından çoxdur.

Hasilatın nisbətən aşağı həcmi Az.Şeng-Li MMC əməliyyat şirkətinin payına düşür. Şirkət bu ilin yanvarında 25 min kubmetr qaz hasil edib. Bu proqnozdan 120 min kubmetr az və ötən ildəki hasilatın həcmindən 45,7% aşağıdır.

Qaz hasil edən birgə müəssisələrin və əməliyyat şirkətlərinin ümumi cədvəli (min kubmetrlə)belədir:

BİRGƏ MÜƏSSİSƏLƏR

yanvar, plan

yanvar, fakt

2005-ci ilin yanvarına görə %-lə

Salyan Oil

2450

3366

67,1

Shirvan Oil

1020

1964

181,9

Karasu ƏŞ

520

460

95,8

Azgerneft

45

45

64,3

Anshad Petrol

2410

3347

102,9

Gobustan

9350

27

100,0

"Az.Seng-Li" MMC

145

25

54,3

Binəqədioyl

1390

570

42,5

BM-lər üzrə cəmisi:

17330

9804

86,7

Xəbər lenti

Xəbər lenti