...

Yanvar ayında "Azərenerji" elektrik enerjisinin hasilatını 11,6% artırıb

Energetika Materials 7 Fevral 2006 17:51 (UTC +04:00)

Bu ilin yanvar ayı ərzində "Azərenerji" səhşmdar cəmiyyəti 2 mlrd 44 mln kVt/s elektrik enerjisi hasil edib. Bu, ötən ilin analoji dövründəkindən 11,6% çoxdur. Trend in məlumatına görə, bu barədə SC-in mətbuat xidmətinin məlumatınada bildirilir.

Yanvar ayında istehsal olunan elektrik enerjisinin ümumi həcmidən 2,127 mlrd kVt/s İstilik Elektrik Stansiyalarının və 313 mln kVt/s isə Su Elektrik Stansiyalarının payına düşür.

Bu ilin yanvar ayı ərzində qonşu ölkələrdən elektrik enerjisinin alınması davam edib. Rusiyadan 98,9 mln. kVt/s, İrandan 72,725 mln kVt/s, Türkiyədən 42,5 kVt/s və Gürcüstandan 1,181 mln kVt/s enerji alınıb.

Xəbər lenti

Xəbər lenti