...

Batumi neft terminalı yanvarda neft yüklərinin daşınmasını artırıb

Energetika Materials 8 Fevral 2006 13:16 (UTC +04:00)

Yanvarda Qara dənizdə yerləşən Batumi neft terminalından 866,5 min ton neft yükü daşınıb ki, bu da 2005-ci ilin dekabr göstəricisindən 71,8 min ton az, 2005-ci ilin yanvar göstəricisindən isə 398,5 min ton çoxdur. Bu barədə Trend ə neft daşımaları bazarındakı mənbələrdən məlum olub.

Yanvarda limanla "Azəri-Çıraq-Günəşli" yatağından hasil edilən Azəri Light növlü neft , o cümlədən Qazaxıstanın "Qumqol" yatağından hasil edilən xammal daşınıb.

Batumi neft terminalı ildə 15 mln tonadək neft yükü daşımaq qabiliyyətinə malikdir. Terminal 4 körpüdə 30-90 min ton tutumlu tankerlərə xidmət edir. Terminalın ehtiyat parkının gücü təxminən 530 min tondur.

2005-ci ildə Batumi ilə 9,7 mln ton neft yükü daşınıb ki, bu da 2004-cü illə müqayisədə 3 mln ton çoxdur.

Xəbər lenti

Xəbər lenti