...

Hilmi Gülər: "Türkiyə Türkmənistan qazının tədarükü ilə bağlı danışıqlar aparır"

Energetika Materials 8 Fevral 2006 14:39 (UTC +04:00)

"Türkiyə Türkmənistan qazının idxalı ilə bağlı danışıqlara başlayıb". Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə Türkiyənin energetika və təbii sərvətlər naziri Hilmi Gülər ABŞ-a yola düşməzdən əvvəl məlumat verib.

"Biz Aşqabadla "Transxəzər qaz kəməri" layihəsinin gerçəkləşməsi ilə bağlı danışıqları davam etdiririk. Türkiyə və Türkmənistan arasında artıq bir sıra səbəblərlə əlaqədar həyata keçirilməyən, mavi yanacağın tədarükü haqqında müqavilə var", - deyə nazir qeyd edib və vurğulayıb ki, "Türkmənistan Ankara üçün çox mühüm ölkədir".

Qeyd edək ki, "Transxəzər qaz kəməri" ilə Türkiyəyə 16 mlrd m3, Avropa bazarları üçün isə 14 mlrd m3 qazın tədarükü planlaşdırılır.

1 000 m3 Türkmənistan qazının Türkiyəyə 130 dollara başa gələcəyi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti