...

Yanvarda Naxçıvan Muxtar Respublikasına saatda 125 mln kVt elektrik enerjisi tədarük olunub

Energetika Materials 9 Fevral 2006 14:37 (UTC +04:00)

2006-cı ilin yanvarında Naxçıvan Muxtar Respublikasının enerji sisteminə saatda 125 mln kVt-dan çox enerji daxil olub. Bu barədə "Azərenerji" SC-nin mətbuat xidmətinin məlumatında bildirilir. Bu göstərici keçən ilin analoji dövrü ilə müqayisədə 3,1% çoxdur.

2006-cı ilin yanvarında İrandan NMR-ə 72,725 mln kVt, Türkiyədən - 42,5 mln kVt elektrik enerjisi tədarük olunub. "Araz" SES-də 10,692 mln kVt enerji hasil edilib.

Hazırda İrandan Naxçıvana 110-120 MVt, Trükiyədən 50-60 MVt, "Araz" SES-dən isə 14-18 MVt elektrik enerjisi daxil olur.

Xəbər lenti

Xəbər lenti