...

EITI məsləhətləşmə qrupunun dördüncü iclası aprelin 4-də Bakıda keçiriləcək

Energetika Materials 9 Fevral 2006 19:08 (UTC +04:00)

Mədən sənayesi hasilatının şəffaflıq Təşəbbüsləri(EITI) Beynəlxalq məsləhətləşmə qrupunun üçüncü iclası fevralın 15-16-da Nigeriyada keçiriləcək. ARDNF-də Trend ə bildirilib ki, iclasın işində EITI üzrə dövlət komissiyasının rəhbəri, ARDNF-in icraçı direktoru Samir Şərifovun da iştirakı planlaşdırılır.

Məsləhətləşmə qrupunun yaradılması haqqında qərar 17 mart 2005-ci ildə EITI-nin Londonda keçirilmiş konfransında qəbul edilib. Burada əsas məqsəd təşəbbüslərin həyata keçirilməsi üçün EITI-yə qoşulmuş ölkələrə yardım göstərilməsi və yeni ölkələrə qoşulmanı təmin etməkdir.

Bu gün şəffaflıq Təşəbbüslərinə 20 ölkə qoşulub ki, bunların arasında Azərbaycan da vardır. Təqdirəlayiqdir ki, Azərbaycan üç hesabat hazırlayaraq EITI-ni həyata keçirən yeganə ölkədir.

Məsləhətləşmə qrupunun inkişaf etmiş ölkələrdən, eləcə də böyük mineral ehtiyatlarına malik olan və EITI təşəbbüsünü tətbiq edən 16 üzvü vardır. Eyni zamanda QHT, BVF, DB, Soroc, Britaniya inkişaf nazirliyi, neft-qaz şirkətləri, o cümlədən BP-nin nümayəndələri təmsil olunub.

Qrupun ilk iclası 2005-ci ilin avqustunda Londonda, ikinci isə oktyabrda Vaşinqtonda keçirilmişdi. Aprelin 4-də EITI təşəbbüsü üzrə pilot ölkə kimi Bakıda növbəti iclasın keçirilməsi planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti