...

Yanvarda Barmek 90 min 608,6 manat məbləğində elektrik enerjisindən qanunsuz istifadə faktı aşkar edib

Energetika Materials 10 Fevral 2006 15:04 (UTC +04:00)

Barmek enerjipaylayıcı şirkət Bakının bir sıra rayonlarında və Sumqayıtda reydlər keçirib. Keçirilən tədbirlər nəticəsində 2006-cı ilin yanvarında ümumi məbləği 90 min 608,6 manat olmaqla 3 mln. 023,154 min kVt/s (əhali və şirkətin digər abunəçiləri tərəfindən) elektrik enerjisindən qanunsuz istifadə aşkar edilib. Bu barədə Trend ə şirkətdən məlumat verilib.

Məlumatda bildirilir ki, təkcə Bakının Əzizbəyov rayonunda bu göstərici 1 mln. 580,971 min kVt/s olmaqla 30354,64 manat, Nəsimi rayonunda 7,012 min kVt/s olmaqla 134,63 manat və Xətai rayonunda 39,967 kVt/s olmaqla 767,37 manat məbləğindədir.

Xəbər lenti

Xəbər lenti