...

BP "Mərkəzi Azəri"də doqquzuncu quyunu istismara verib

Energetika Materials 10 Fevral 2006 16:15 (UTC +04:00)

"Azəri" - "Çıraq" - "Günəşli" yatağının işlənib-hazırlanması layihəsinin operatoru olan BP şirkəti "Azəri" yatağının mərkəzində quraşdırılmış platforma ilə doqquzuncu öncəqazma quyunun birləşdirilməsini başa çatdırıb. Bu barədə Trend ə şirkətdə bildirilib. Hazırda quyunun debiti gündəlik 10 min barel təşkil edir.

Yataqda öncəqazma proqramı çərçivəsində 12 quyu qazılıb. Bunlardan 10-u hasilat-istismar, biri qazın laya vurulması üçün və biri isə qazma şlamının vurulması üçündür. Öncəqazma quyularının platforma ilə birləşdirilməsi başa çatdıqdan sonra birbaşa platformadan qazmaya başlanılacaq.

Bu il BP-nin neft və kondensat hasilatı həcmi gündəlik 458 min bar. səviyyəsində gözlənilir. Bundan gündəlik 19 min bar. kondensatın "Şahdəniz" yatağında hasilatı nəzərdə tutulur. "Çıraq"da gündəlik 138 min bar. Azəri Light nefti, "Mərkəzi Azəri"də 226 min bar. və "qərbi Azəri" - də 75 min bar. hasil olunacaq.

Xəbər lenti

Xəbər lenti