...

Neftin qiymətinin artması ilə əlaqədar ABƏŞ-dən 2006-cı il dövlət büdcəsinə daxilolmalar proqnozları ötüb keçir

Energetika Materials 10 Fevral 2006 16:38 (UTC +04:00)

2006-cı ildə Azhərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən (ABƏŞ "Azəri-Çıraq-Günəşli" yatağının işlənməsi üzrə operatordur) dövlət büdcəsinə mənfəət vergisi qismində daxilolmalar $300 mln proqnozlaşdırılır. Trend in verdiyi xəbərə görə, maliyyə nazirinin müavini Azər Bayramov jurnalistlərə bildirib ki, bu hesablamalar dövlət büdcəsində neftə qoyulan qiymətə (bir barel üçün $40) əsasən aparılıb. A. Bayramov hesab edir ki, lakin neftin qiymətinin davam etməkdə olan artımı proqnozlaşdırılan qiymətləri bir qədər üstələdiyindən ABƏŞ-dən daxilolmalar bir qədər çoxalacaq.

"AÇG" yatağının işlənməsi üzrə müqaviləyə görə, ABƏŞ mənfəət vergisinin ödənilməsinə yalnız özünün bütün xərclərini ödədikdən sonra verəcək. Dünya bazarında neftin orta qiymətinin bir barelinin $40 saxlanacağı halda ABƏŞ-in 2006-cı ildə $548,6 mln. xərci ödəyəcəyi, eyni zamanda, vergiyə qədər $880 mln məbləğində gəlir əldə edəcəyi gözlənilir.

ABƏŞ müqavildədə nəzərdə tutulduğu kimi 25 % dərəcəsində mənfəət vergisi ödəməlidir.

Nazir müavininin sözlərinə görə, ötən il ABƏŞ mənfəət vergisi ödəyicisi olmayıb. Lakin ABƏŞ-in tərkibindəki şirkətlər gəlir vergisi, subpodratçılar isə mənfəət vergisi ödəyiblər.

Xəbər lenti

Xəbər lenti