...

AR DNŞ Şotlandiya şirkətinə dəniz yataqları qrupu üzrə geoloji-geofiziki materialları təqdim edəcək

Energetika Materials 10 Fevral 2006 20:41 (UTC +04:00)

AR DNŞ Eurasia Energy Limited (bıvşaə Pacific Alliance Ientures Ltd.) şirkətinə "Ələt-Dəniz", "Hamamdağ-Dəniz", "Qarasu", "Səngi-Muğan", "Ülfət", "Aran-Dəniz", "Daşlı" və "Səbael" yataqlarını əhatə edən dəniz "Bloku" üzrə geoloji-geofiziki materialları təqdim etməyə hazırlaşır. "Blok" Bakıdan 70 km. yaxınlıqda dayaz sahilyanı sularda yerləşir.

AR DNŞ nümayəndəsinin sözlərinə görə, araşdırma üçün məlumatlar yaxın vaxtlarda Eurasia Energy Limited şirkətinə təqdim olunacaq. "Biz memorandum imzalamışıq və müvəqqəti olaraq bu "Blok" üzrə danışıqların aparılması üçün bu şirkətə eksklyuziv hüquqlar vermişik" -deyə AR DNŞ-də bildirilib.

Qeyd edək ki, Eurasia Energy Limited bu layihə çərçivəsində neft mühəndisliyi ilə bağlı məsləhətçi kimi TRACS International Consultancy Ltd. şirkətini cəlb edib.

"Blok"da suyun dərinliyi əsasən 20 metr təşkil edir və strukturun sonunda isə maksimum 50 metr səviyyəsinə çatır. "Ələt-Dəniz" 1983-cü ildə açılıb və bu günədək burada 12,5 mln. barel neft və 1 mlrd. m3 qaz hasil edilib. AR DNŞ-in məlumatına görə, "Ələt-Dəniz"də qalan neft ehtiyatları 14 mln. bar. neft və 1 mlrd. m3 qaz təşkil edir. Əsas səmərəli ehtiyatlar 3700-4500 metr dərinlikdədir.

Xəbər lenti

Xəbər lenti