...

Xarici şirkət ARDNŞ-ə qocaman quru yatağın işlənməsini üzrə layihə təqdim edib

Energetika Materials 11 Fevral 2006 12:51 (UTC +04:00)

HongKong Oil & Gas LTD şirkəti Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) "Bibiheybət" qocaman neft yatağının işlənməsi və bərpası üzrə layihəni təqdim edib. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib.

ARDNŞ-in nümayəndəsinin sözlərinə görə, HongKong Oil & Gas şirkəti ilə bu yataq üzrə danışıqların başlanması barədə memorandum imzalanıb. "Memorandum şirkətin gələcək layihə üzrə öz kommersiya və digər şərtlərini təqdim etməli olduğu müddətlə məhdudlaşıb", - deyə ARDNŞ-dən bildirilib.

Bəzi məlumatlara görə, HongKong Oil & Gas "Bibiheybət"in sahəsini əhəmiyyətli dərəcədə abadlaşdırmaq və burada müasir park salmaq niyyətindədir. Neft hasilatı paralel olaraq ətraf mühitə zərər vurmadan həyata keçiriləcək.

"Bibiheybət" NQÇİ-nin işləyən quyu fondu 2006-cı il fevralın 1-də 600 ədəd olub.

Xəbər lenti

Xəbər lenti