...

Neft və qaz sənayesi işçilərinin həmkarlar ittifaqları komitələri PCH Offshore şirkətini məhkəməyə verib

Energetika Materials 13 Fevral 2006 14:38 (UTC +04:00)

Keçən həftə Azərbaycan neft-qaz sənayesi işçilərinin Respublika həmkarlar ittifaqı komitəsi (NQSİRHİK) PCH Offshore şirkətinin 3 işçisinin - Samir Nəbiyev, Anar Bədəlov və Vüsalə Cəfərovanın işdən çıxarılmasına görə şirkəti məhkəməyə verib. Bu barədə Trend ə komitədən məlumat verilib.

Bununla əlaqədar fevralın 14-də məhkəmədə iddiaçı ilə vəkilin görüşü olacaq. Görüş zamanı Səbail rayon məhkəməsində hazırlıq iclasının dəqiq tarixi müəyyənləşdiriləcək.

Şirkət məhkəmədən işlə bağlı rəsmi bildiriş almayıb. Lakin şirkətin müvafiq məlumatı var. "Əgər biz məhkəmədən bildiriş alsaq, mütləq məhkəmə istintaqında iştirak edəcəyik", - şirkətdən bildirilib.

Komitədən verilən məlumata görə, bu gün NQSRHİ rəhbəri Cahangir Əliyevin həmin məsələ ilə bağlı ombudsman Elmira Süleymanova ilə görüşəcəyi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti