...

Natiq Əliyev: Ceyhan limanından Azərbaycan nefti daşıyan ilk tanker mayda çıxacaq

Energetika Materials 14 Fevral 2006 14:01 (UTC +04:00)

"Azəri-Çıraq-Günəşli" yatağından hasil olunan Azərbaycan neftini daşıyan ilk tanker Türkiyənin Ceyhan limanından bu ilin may ayında yola salınacaq. Trend in verdjiyi məlumata görə, bu barədə Azərbaycanın Sənaye və Energetika naziri Natiq Əliyev Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin energetika sahəsində əməkdaşlıq məsələləri üzrə işçi qrupunun iclası zamanı bəyan edib.

Onun sözlərinə görə, hazırda neft Türkiyədəki 2-ci nasos stansiyasına çatıb. "İndi orada avadanlığını yoxlanılması üzrə işlər aparılır. Paralel olaraq 3-cü nasos stansiyasında da işlər davam edir. Sınaqlar təkcə Türkiyənin Botas şirkəti tərəfindən deyil, bu prosesi həyata keçirmək üçün cəlb edilən Almanyia şirkəti tərfindən də aparılır", -deyə o bildirib.

N.Əliyev qeyd edib ki, layihənin yubanması ilə əlaqədar təbii ki, vəsait xərcləri də artıb. Eləcə də, bu, əmək haqlarının ödənməsinə və s. aiddir. "Lakin hazırda layihəyə əlavə olaraq çəkilən xərclərin dəqiq məbləği məlum deyil", - deyə sonda N. Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti