...

Azərbaycanın neft-qaz layihələrinə $15 mlrd. investisiya qoyulub

Energetika Materials 14 Fevral 2006 14:28 (UTC +04:00)

İndiyədək Azərbaycanın neft-qaz layihələrinə $15 mlrd. həcmində investisiya qoyulub. Bundan yalnız $9 mlrd. "Azəri"-"Çıraq"-"Günəşli" yatağının işlənib hazırlanmasına qoyulub. Bu barədə Trend ə AR sənaye və energetika naziri Natiq Əliyev bildirib.

Onun sözlərinə görə, ötən il Azərbaycanda 22,2 mln. ton neft, 5,8 mlrd. m3 qaz hasil olunub, 22,3 mlrd. kVt/s elektrik enerjisi istehsal olunub. 1991-ci ildən neft hasilatı demək olar ki, iki dəfə artırılıb.

Nazir qeyd edib ki, 2006-cı ildə "AÇG"nin işlənib hazırlanması çərçivəsində gündəlik orta hesabla 430 min barel neft hasil olunacaq. Beləliklə, "Çıraq"dan - 138 min bar., "Mərkəzi Azəri"dən - 226 min bar. və "Qərbi Azəri"dən - 75 min bar. neft olacaq.

N. Əliyevin sözlərinə görə, hazırda əsas ixrac boru kəməri olan Bakı-Tbilisi-Ceyhana 5 mln. bar. neft vurulub. "ŞahDəniz" yatağının işlənib hazırlanmasının birinci mərhələsi çərçivəsində inşa işləri 91,5%, Cənubi Qafqaz qaz kəmərində isə işlər 93,4% başa çatdırılıb.

Xəbər lenti

Xəbər lenti