...

Salyan Oil kəşfiyyat qazma işləri üzrə öhdəlikləri yerinə yetirib

Energetika Materials 15 Fevral 2006 12:51 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti Salyan Oil əməliyyat şirkətiilə kəşfiyyat qazma işlərinin öhdəlikləri üzrə müddəti uzadıb. Həmin müddət 2005-ci il yanvarın sonlarında başa çatsa da, bir neçə ay uzadılıb. Bu barədə şirkətə Trend dən məlumat verilib.

Hazırda əməliyyat şirkəti kəşfiyyat quyusunun qazılmasını davam etdirir. Onun dərinliyi 3 700 metr təşkil edir. Bu zaman, şirkətdən verilən məlumata görə, qazma işləri zamanı müqavilədə kəşfiyyat quyularının qazılması üzrə öhdəlik kimi qeyd edilən 13 horizont keçilib. Beləliklə, quyu faktiki olaraq Dövlət Neft Şirkəti tərəfindən əməliyyat şirkəti qarşısında qoyulan öhdəliyin yerinə yetirilməsi kimi hesab edilə bilər.

Salyan Oil əməliyyat şirkəti "Kürsəngi-Qarabağlı" müqavilə sahəsinin işlənməsi ilə məşğul olur. 2006-cı ildə müqavilə sahəsində 8 quyunun qazılacağı ehtimal olunur. Onlardan 4-2 istismar, 2-si laya su vurulması, 1-i kəşfiyyat və 1-i qiymətləndirmə quyusudur. Nəzərdə tutulan investisiyaların həcmi $50 mln-a yaxındır. Qazma işləri Çinin qazma podratçısı Great Wall şirkəti tərəfindən həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti