...

"Azəriqaz" QSC bu il əhaliyə ən yüksək həcmdə qaz tədarük edir

Energetika Materials 15 Fevral 2006 16:17 (UTC +04:00)

Hazırda Bakıda əhaliyə gündəlik təxminən 10,6 mln. m3 qaz tədarük olunur. Bu barədə Trend ə "Azəriqaz" QSC-nin müəssisəsi olan "Bakqaz"da bildirilib. SC-də bildirilib ki, bu il əhaliyə ən yüksək həcmdə qaz tədarük olunur ki, bu da yüksək tələbatla izah olunur. Ötən ilin yanvarında əhaliyə təxminən 8 mln. m3 qaz tədarük olunub.

"Bakqaz"da qeyd olunub ki, hazırkı həcmdə qaz tədarükü gələcəkdə də davam etdiriləcək. Bununla yanaşı müəssisənin nümayəndələri qeyd edib ki, abunəçilərə tədarük olunan yanacağa görə yığımların həcmi azaldılıb. Ötən ilin dekabrında bu göstərici əsas tələbat olan Bakı şəhəri üzrə təxminən 17% təşkil edib. Yanvarda bu göstərici 4% azalıb, belə ki, tədarük həcmi xeyli artırılıb.

Xəbər lenti

Xəbər lenti