...

Eurasia Energy 18 ay ərzində Azərbaycanın "Blok" yatağı üzrə məlumatları qiymətləndirəcək

Energetika Materials 16 Fevral 2006 13:00 (UTC +04:00)

Eurasia Energy Limited 250 min əlavə səhm emissiyaları üzrə dəyəri $750 min olan sövdələşməni bağladığını elan edib. Trend in məlumatına görə, Eurasia Energy ehtimal edir ki, bu vəsaitin bir hissəsi özündə "Ələt-Dəniz", "Hamamdağ-Dəniz", "Qarasu", "Səngi-Muğan", "Ülfət", "Aran-Dəniz", "Daşlı" və "Səbail" yataqlarını özünəd birləşdirən dəniz "Blok"unun bərpası və işlənməsi üzrə planın hazırlanmasına yönəldiləcək.

Sənəddə bildirilir ki, vəsait yaxın 12-18 ay ərzində əməliyyat şirkətinin Azərbaycan layihəsi üzrə investisiya olunacaq. "Eurasia Energy-nin ARDNŞ-lə texniki qrupu hazırda dəniz "Blok"u üzrə mövcud olan geoloji-geofiziki materialların müəyən edilməsi, hesablanması, şifrələnməsi və qiymətləndirilməsi üzərində işləyir. Eurasia Energy-nin neft injinirinqi üzrə məsləhətçisi TRACS International Consultancy Ltd.-nin qiymətləndirmələrə 2006-cı ilin martında başlayacağı gözlənilir.

"Blok"da suyun dərinliyi əsasən 20 metr və maksimal olaraq 50 metr səviyyəsindədir. "Ələt-Dəniz" 1983-cü ildə aşkar edilib və bu günə kimi buradan 12,5 mln. barel neft və 1 mlrd. kubmetr qaz hasil edilib. ARDNŞ-in məlumatına görə, burada yerdə qalan cəlbedici neft ehtiyatları 14 mln. barel və 1 mlrd. kubmetr qaz təşkil edir. Əsas məhsuldar laylar 3700-4500 metr dərinlikdə yerləşir.

Xəbər lenti

Xəbər lenti