...

"Azərenerji"nin strukturuna dəyişikliklər edilib

Energetika Materials 16 Fevral 2006 17:34 (UTC +04:00)

"Azərenerji" SC idarəetmə sisteminin yenidən təşkili ilə bağlı olaraq yeni struktur bölmələri yaradılıb, eləcə də ayrı-ayrı müəssisələrin hüquqi adları dəyişdirilib. Trend bildirir ki, bu barədə SC-nin məlumatında deyilir. SC-nin mərkəzi aparatında enerji nəzarəti İdarəsi yaradılıb. Bunun tərkibinə audit, enerji satışı, istehlak təhlili və proqnozlaşdırılması, enerji nəzarəti xidməti, sayğacların qoyulması, şəbəkə istismarı və təmiri, eləcə də istismar üzrə nəzarət təftişi şöbələri daxildir.

Elektrik enerjisinin verilməsi idarəsində EÖX-in, yarımstansiyaların təmiri və istismarı, yeni istehlakçıların qoşulması xidməti yaradılıb. Yaradılmış xidmət və şöbələrə öz fəaliyyətini dayandırmış Bayva şirkəti mərkəzi aparatınıni funksiyaları verilir.

Regionlarda məhdud məsuliyyətli beş səhmdar cəmiyyəti yaradılıb və bunlar elektrik enerjisinin istehlakçılara paylaşdırılmasına görə cavab verəcək. "Gəncə regional enerji təchizat" MMC Gəncə, Xanlar, Naftalan, Samux, Goranboy, Tərtər, Şəmkir, Daşkəsən, Gədəbəy, Tovuz, Ağstafa və Qazax, "Mingəçevir regional enerji təchizat" MMC Mingəçevir, Şəki, Qəbələ, Oğuz, Balakən, Zaqatala, Qax, Ağdaş, Yevlax, Bərdə, Ucar, Göyçay, "İmişli regional enerji təchizat" MMC İmişli, Saatlı, Beyləqan, Ağdam, Ağcabədi, Fizuli, Zərdab, "Əlibayramlı regional enerji təchizat" MMC Əlibayramlı, Sabirabad, Hacıqabul, Salyan, Neftçala, Kürdəmir, Şamaxı, İsmayıllı, Ağsu, "Masallı regional enerji təchizat" MMC Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar abunəçilərini əhatə edəcək.

Yüksək voltlu EÖX-nin istismar və idarəetmə keyfiyyətinin yüksəldilməsi üçün "Ağstafa yüksək voltlu elektrik şəbəkəsi" MMC, "Mingəçevir yüksək voltlu elektrik şəbəkəsi" MMC, "İmişli yüksək voltlu elektrik şəbəkəsi" MMC, "Ağsu yüksək voltlu elektrik şəbəkəsi" MMC yaradılıb. Strukturun yenidən təşkili çərçivəsində "Azərenerjitikinti" MMC yaradılıb.

Fəaliyyət göstərən və inşa edilməkdə olan elektrik stansiyalarına yeni hüquqi adlar verilib: - Şəki modul elektrik stansiyası - "Şəki enerji qovşağı" MMC, Astara modul elektrik stansiyası - "Astara enerji qovşağı" MMC, Xaçmaz modul elektrik stansiyası -"Xaçmaz enerji qovşağı" MMC, Naxçıvan modul elektrik stansiyası -"Naxçıvan enerji qovşağı" MMC, Bakı modul elektrik stansiyası -"Bakı elektrik stansiyası" MMC, Azərbaycan DRES - "Azərbaycan istilik elektrik stansiyası" MMC, Əlibayramlı DRES -"Əlibayramlı istilik elektrik stansiyası" MMC, "Şimal" DRES - "Şimal elektrik stansiyası" MMC, Sumqayıt İES - "Sumqayıt istilik elektrik stansiyası" MMC, Bakı İES-1- "Bakı istilik elektrik stansiyası" MMC, "Naxçıvan qaz-turbin elektrik stansiyası" MMC, Araz SES- "Araz su elektrik stansiyası MMC".

Xəbər lenti

Xəbər lenti