...

Bir çox neft şirkətləri əməliyyat fəaliyyəti haqqında məlumatları açıqlamaqdan imtina edir

Energetika Materials 17 Fevral 2006 14:47 (UTC +04:00)

"İqtisadi araşdırmalar mərkəzi" Mədən Sənayesinin Şəffaflıq Təşəbbüsü çərçivəsində QHT neft şirkətləri, dövlət strukturları, KİV, QHT və müstəqil ekspertlər arasında keçirilən sorğunun nəticələrini açıqlayıb. Trend in xəbər verdiyi kimi, sorğunun keçirilməsində əsas məqsəd EİTİ çərçivəsində yaradılmış QHT koalisiyasının gələcək fəaliyyətinin müəyyən edilməsi və memorandumun təkmilləşdirilməsinə dair tövsiyələrin hazırlanmasıdır.

Sualların daxil edildiyi anketlər şəffaflıq təşəbbüsünə qoşulmuş 20 şirkətə göndərilib. Bu şirkətlərdən yalnız 8-i - Garasu, BP Exploration Caspian Sea Limited, Salyan Oil, Anshad Petrol, Lukoil Overseas Service, QNKAR, Shell Azerbaijan və Statoil bu suallara cavab verib. Bu şirkətlər arasında təkcə BP istehsalın həcmi, ehtiyatlar, işçilərin sayı, o cümlədən biznes-tərəfdaşlar, səhmdarlar, dövlət strukturları ilə qarşılıqlı münasibətlərə dair bütün məlumatların ictimaiyyətə çatdırılmasına hazır olduğunu bildirib.

Beləliklə, sorğuda iştirak edənlərin 60%-i sualları cavablandırmaqdan imtina edib. Bu sorğunun nəticələrini açıqlayan Azər Mehdiyev bildirib ki, bir çox şirkətlər fəaliyyətləri barədə məlumatların ictimaiyyətə açıqlanmasında hələ maraqlı deyil. Bir çox şirkətlər Azərbaycan ərazisində aparılan əməliyyatların şəffaflığının təmin olunmasına hazır olduğunu bəyan etsə də özünün maliyyə və texniki-iqtisadi fəaliyyətinin ümumi göstəricilərini açıqlamaqdan imtina edir. BP, Shell və Statoil istisna olmaqla bir çox xarici şirkətlər də dövlətə ödənişlərlə bağlı fərdi hesabatı açıqlamağa hazır deyil.

İkinci sorğu 10 dövlət strukturunu əhatə edib. Onların bir çoxu fəaliyyətlərinin şəffaflığının təmin olunması üzrə tədbirlərin keçirilməsinin vacibliyini hesab edir. KİV, QHT və müstəqil ekspertlər arasında keçirilmiş 3-cü sorğuda 46 respondent iştirak edib. Onların 18-i EİTİ koalisiyasını təmsil edib.

Xəbər lenti

Xəbər lenti