...

Xarici şirkətlər Aktau –Bakı dəhlizinin yaradılması ilə bağlı bütün risqləri və xərcləri öz üzərlərinə götürə bilərlər

Energetika Materials 20 Fevral 2006 13:44 (UTC +04:00)

Qazaxıstan neftinin Azərbaycan ərazisindən keçməklə dünya bazarına ixrac olunması üçün Aktau-Bakı dəhlizinin səmərəli işini təmin etmək məqsədilə tikiləcək zəruri infrastrukturun tikintisi və istismara verilməsi üçün bütün risqləri və xərcləri bu xammalın məxsus olacağı xarici şirkətlər öz üzərlərinə götürə bilərlər. Azərbaycanın neft nəqli sahəsində müstəqil ekspertləri Trend ə belə ifadə ediblər. Neftin sahibləri olan Total, Eni, ConocoPhillips, Inpex şirkətləri xammalın dənizdə ğdaşınması ilə bağlı əhəmiyyətli təcrübəyüə malikdirlər. Aktau-Bakı dəhlizinin yaradılması üçün həm də tutumu 63 min ton olan tankerlərin, körpülərin, sahil terminalının tikilməsi lazım gələcək.

Ekspertlərin fikrincə, Azərbaycan neftin nəqli üçün tariflərdən birbaşa gəlir əldə etməklə yanaşı, bu layihədən dolayısı ilə mənfəət də əldə edəcək.

Tutumu 13 min ton olan tankerlərin ildə 25 mln. ton neft daşıması üçün təxminən 30 belə tanker lazım gələcək. "Həm də, belə tankerlərdən istifadə zamanı ton hesabı istismar xərcləri "Kaşağan" yatağından Azərbaycan vasitəsilə neftin nəqli üzrə layihədə iştirak edən şirkətlərin istifadə edəcəkləri güman edilən 63 min ton tutumu olan tankerlərə nisbətən əhəmiyyətli dərəcədə böyük olacaq", -deyə ekspertlər göstərirlər.

Xəbər lenti

Xəbər lenti