...

Azərbaycanın "Şimal" elektrik stansiyasında planlı təmir işləri həyata keçirilib

Energetika Materials 20 Fevral 2006 14:57 (UTC +04:00)

"Azərenerji" SC-nin mütəxəssisləri "Şimal" elekktrik stansiyasında qazanxanaların planlı təmiri üzrə işləri başa çatdırıb. Türkiyənin EPRO və Belçikanın CMİ şirkətlərinin mütəxəssislərinin iştirakı ilə görülmüş işlər nəticəsində istismar zamanı yaranmış problemlər aradan qaldırılıb. Trend in xəbər verdiyi kimi, bu barədə SC-nin mətbuat xidmətinin məlumatında deyilir.

Təmir işləri Yaponiyanın Mitsui şirkəti tərəfindən elektrik stansiyasının inşası zamanı müvafiq avadanlıqlar tədarük etmiş Türkiyə və Belçika şirkətlərinin zəmanət öhdəlikləri əsasında həyata keçirilib.

Hazırda "Şimal" elektrik stansiyası optimal rejimdə işləyir.

Xəbər lenti

Xəbər lenti