Azərbaycan Dövlət Neft Şirkətinin "Azneft" İB-yə yeni rəhbər təyin olunub

Foto: Azərbaycan Dövlət Neft Şirkətinin "Azneft" İB-yə yeni rəhbər təyin olunub / Energetika

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev "Azneft" İstehsalat Birliyinə (İB) yeni rəhbər təyin edib. Bu barədə şirkətin bu gün yaydığı məlumatında bildirilib. İB-nin yeni rəhbəri əvvəllər "Balaxanıneft" neft və qazçıxarma idarəsinin rəisi vəzifəsini tutmuş Səbuhi Əhmədov təyin olunub. Müxtəlif vaxtlarda Səbuhi Əhmədof H.Z.Tağıyev və N.Nərimanov adına NQÇİ-lərə rəhbərlik edib.

"Azneft" İB-nin əvvəlki rəhbəri Şahin İsmayılov sağlamlığı ilə bağlı öz xahişi ilə tutduğu vəzifədən azad olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

 
Ən çox oxunanlar
Xəbər lenti