...

"Azercell" "İmtahanCELL" xidməti təklif edir

Telekommunikasiya Materials 7 Avqust 2008 13:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 avqust / Trend / Azərbaycanın mobil rabitə operatoru "Azercell Telecom" "İmtahanCELL" xidməti təklif edir. Bu xidmətdən istifadə etməklə ali məktəblərə qəbul imtahanlarının nəticələrini öyrənmək olar.

Şirkətin verdiyi məlumata görə, bunun üçün abituriyentin altırəqəmli iş nömrəsini qısa mesaj vasitəsilə 7727 nömrəsinə göndərmək lazımdır. Ali məktəbə daxil olduğunuz halda, ixtisas kodunuzu bildirən cavab mesajı alacaqsınız.

Daxil olduğunuz ali məktəb və ixtisasınızı öyrənmək üçün ixtisas kodunuzu qısa mesaj vasitəsilə 7737 nömrəsinə göndərmək lazımdır.

7727 və 7737 nömrələri mesajı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən imtahan nəticələri rəsmi elan olunan gündən etibarən bir həftə ərzində və yalnız "Azercell", "SimSim", "Bizdən Bizə" və "GəncSim" nömrələrindən qəbul edir.

Bütün göndərilən məlumatlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən təqdim olunur.

7727 və 7737 nömrələrinə göndərilən hər qısa mesajın qiyməti - 0.05 AZN (ƏDV xaric) və ya 11 kontur təşkil edir.

Xəbər lenti

Xəbər lenti