...

Azərbaycanda proqram təminatı sahəsində pirat məhsullarının səviyyəsi azalır

Telekommunikasiya Materials 15 Oktyabr 2012 10:27 (UTC +04:00)
Azərbaycanda proqram təminatı sahəsində pirat məhsullarının səviyyəsinin azalması tendensiyası müşahidə olunur.
Azərbaycanda proqram təminatı sahəsində pirat məhsullarının səviyyəsi azalır

Azərbaycan, Bakı, 15 oktyabr / Trend, müxbir H.Vəliyev /

Azərbaycanda proqram təminatı sahəsində pirat məhsullarının səviyyəsinin azalması tendensiyası müşahidə olunur. Bu barədə şənbə günü Trend-ə Azərbaycan Müəllif Hüquqları Agentliyindən məlumat verilib.

Agentliyin məlumatına görə, ilk növbədə buna qanunvericiliyin təkmilləşdirilməsi və onun icrası müxanizmlərinin gücləndirilməsi, eləcə də Azərbaycan hökumətinin bu sektora xüsusi diqqət ayrırması səbəb olub.

Son illər ərzində agentliyin həyata keçirdiyi tədbirlər nəticəsində saxta audiovizual məhsulların istehsalı və nəşriyyat işi sahəsində piratçılığın səviyyəsi 20 faizədək azalıb. Kompüter proqramlarının pirat surətlərinin yayılması sahəsində də 96 faizdən 87 faizədək azalma müşahidə olunub.

Agentliyin proqnozlarına görə, "İntellektual mülkiyyət hüquqlarının təminatı və piratçılıqla mübarizə haqqında" qanunun qüvvəyə minməsi yaxın illərdə piratçılığın səviyyəsinin azalmasına xeyli kömək edib.

İlin sonuna kimi müəllif hüququ məhsulu istehsalçılarına onların sorğusu əsasında veriləcək nəzarət holoqramlarının praktiki tətbiqi gözlənilir. Bu holoqramlarsız yayılan məhsul pirat hesab ediləcək.

İntellektual mülkiyyət hüquqlarının müdafiəsinin təminatı məqsədi ilə, həmçinin qanun pozuntularına görə sanksiyaların kəskinləşdiriləcəyi gözlənilir. Agentlik Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, həmçinin Cinayət Prosessual və Mülki Prosessual məcəllələrə müvafiq dəyişikliklərin edilməsi təklifini Baş prokurorluq, Ədliyyə və Daxili İşlər nazirlikləri ilə razılaşdırıb. Təkliflər Nazirlər Kabinetinin müzakirəsinə təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti