...

Azərbaycanda iOS üçün mobil bank əlavəsi noyabrda əlçatan olacaq

Telekommunikasiya Materials 29 Oktyabr 2012 15:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir H.Vəliyev/

iOS (Apple, iPhone smartfonları) əməliyyat sistemlərinin idarəetməsi altında işləyən qurğular üçün Azərbaycan Mərkəzi Bankının (AMB) 100 faizlik mülkiyyətində olan "AzeriCard" prosessinq mərkəzinin mobil bank əlavəsinə çıxış noyabrın ortalarında mümkün olacaq. Bu barədə bazar ertəsi Trend-ə "AzeriCard"dan bildiriblər.

Hazırda distributiv test sınağı mərhələsindədir. Əlavə kommunal xidmət, mobil rabitə, internet xidmətlərini ödəməyə, kart-transfert həyata keçirməyə, itki zamanı kartı bağlamaq, balansı yoxlamaq, hesabdan çıxarış əldə etməyə və s. imkan verir.

Hazırda əlavə BlackBerry OS və Android OS əməliyyat şəraitində tam fəaliyyət göstərir.

Distributivin funksiyaları mütəmadi olaraq artır. Perspektivdə kreditlərin ödənilməsi funksiyasının əlavə edilməsi planlaşdırılır. Hazırda bunun üzərində iş aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti