...

2012-ci ildə Azərbaycanın İKT sektoruna investisiyaların həcmi 380 milyon dolları ötəcək

Telekommunikasiya Materials 13 Noyabr 2012 16:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sektoruna qoyulan investisiyaların həcmi ilin sonunadək 300 milyon manata çatacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Aparatının rəhbəri Vidadi Zeynalov bildirib.

"Üç rübün yekunu üzrə nazirliyin struktur bölmələri və İKT sahəsində işləyən özəl müəssisələr tərəfindən həmin sektora yatırılan investisiyaların həcmi 218 milyon manat təşkil edib", - Zeynalov qeyd edib.

Nazirliyin xətti ilə İKT sektorunda xərclərin ümumi həcmi 89,2 milyon manat olub. Bu göstəricini ilin sonunadək 120 milyon manata çatdırmaq planlaşdırılır.

Zeynalovun sözlərinə görə, 2011-ci ilin nəticələri üzrə xarici investisiyalar istisna olunmaqla nazirliyin rabitə müəssisələri və özəl şirkətlər respublikanın İKT sektoruna 415 milyon manat həcmində investisiya yatırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti