...

Azərbaycanın palçıq vulkanları atlası elektron formatda dərc olunacaq

Telekommunikasiya Materials 27 Dekabr 2012 15:32 (UTC +04:00)
Azərbaycanın palçıq vulkanları atlası 2013-cü ilin əvvəlində elektron formatda dərc olunacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri Adil Əliyev bildirib.
Azərbaycanın palçıq vulkanları atlası elektron formatda dərc olunacaq

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın palçıq vulkanları atlası 2013-cü ilin əvvəlində elektron formatda dərc olunacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri Adil Əliyev bildirib.

Onun sözlərinə görə, atlasda tektonik və geoloji xəritələr, profillər, kosmik fotoşəkillər və s. öz əksini tapacaq. Atlas üç dildə çap olunacaq (Azərbaycan, rus və ingilis) və rəqəmsal formatda istifadəsi mümkün olacaq.

"Azərbaycanda ilk palçıq vulkanları atlası 1971-ci ildə çap olunub. Bu günədək dünyanın 37 ölkəsində palçıq vulkanları aşkar olunub. Onlar planetin bütün qitələrində yerləşir", - Əliyev bildirib.

Hazırda Geologiya İnstitutu bu yaxınlarda respublika ərazisində palçıq vulkanlarının püskürməsi ilə bağlı araşdırmalar aparır. Tədqiqatlar zamanı cərəyan edən geoloji proseslər müəyyən edilir, fəallıq daha dəqiq ölçülür, həmçinin seysmik fəallığın bu vulkanlara necə təsir etdiyi təyin edilir.

Tədqiqatların nəticələri yanvarın ortalarında məlum olacaq. Tədqiqatlar Abşeron, Qobustan və Şamaxıda palçıq vulkanlarını əhatə edir. Daha sonra Geologiya İnstitutu tərəfindən sönmüş vulkanların 3D modelinin yaradılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti