...

Azərbaycan dövlət ödəmə portalının istifadəyə veriləcəyi müddət müəyyənləşdirilib

Telekommunikasiya Materials 14 Avqust 2013 17:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir H. Vəliyev/

Azərbaycan İT şirkəti "SİNAM" dövlət ödəmə portalının (DÖP) kütləvi ödəmələr üzrə mərkəzləşdirilmiş informasiya bazasında yaradılması ilə bağlı işləri yekunlaşdırıb. Bu barədə çərşənbə günü şirkətdən Trend-ə verilən məlumatda bildirilir.

Şirkətdən bildirilib ki, portalın rəsmi şəkildə işə salınması sentyabr ayında gözlənilir.

Portalın yaradılması ilə bağlı işlər Azərbaycan Mərkəzi Bankının sifarişi əsasında "CMA Small System" şirkəti ilə birgə aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti