...

Elmir Vəlizadə: Dövlət xidmətlərinin elektron hökumət portalına inteqrasiyası üzrə işlər sürətləndiriləcək

Telekommunikasiya Materials 8 Noyabr 2013 14:20 (UTC +04:00)
Azərbaycanın dövlət qurumlarının elektron xidmətlərinin "Elektron hökumət" portalına inteqrasiyası üzrə işlər sürətləndiriləcək.
Elmir Vəlizadə: Dövlət xidmətlərinin elektron hökumət portalına inteqrasiyası üzrə işlər sürətləndiriləcək

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın dövlət qurumlarının elektron xidmətlərinin "Elektron hökumət" portalına inteqrasiyası üzrə işlər sürətləndiriləcək. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, bununla əlaqədar xüsusi dövlət proqramı hazırlanıb: "İndiki mərhələdə mərkəzi icra hakimiyyəti orqanlarının portala qoşulması üzrə işlər aparılır. Növbəti mərhələ isə yerli icra hakimiyyyəti oqranlarının və bələdiyyələrin qoşulmasını nəzərdə tutur".

Qeyd edək ki, hazırda elektron hökumət portalına təqribən 40 mərkəzi icra hakimiyyəti orqanı qoşulub. Yaxın vaxtlarda portala Dövlət Sosial Müdafiə Fondunun elektron xidmətləri inteqrasiya ediləcək.

Azərbaycanda təsdiq edilmiş elektron xidmətlərinin sayı 426-dır, onların 270-dən portalda istifadə etmək olar. Azərbaycanın dövlət qurumlarının saytlarında yerləşdirilmiş elektron xidmətlərin ümumi sayı 407-dir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti