...

Bakı bulvarında Wi-Fi şəbəkəsi təkmilləşdirilir

Telekommunikasiya Materials 17 Dekabr 2013 07:20 (UTC +04:00)
Azərbaycanın hər üç mobil rabitə operatoru ("Bakcell", "Azercell" və "Azerfon") Dənizkənarı Milli Park İdarəsinə bulvar ərazisində Wi-Fi çıxış nöqtələrinin quraşdırılması üzrə təkliflərini təqdim ediblər. Bu barədə bazar ertəsi Trend-ə İdarədən bildiriblər.
Bakı bulvarında Wi-Fi şəbəkəsi təkmilləşdirilir

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın hər üç mobil rabitə operatoru ("Bakcell", "Azercell" və "Azerfon") Dənizkənarı Milli Park İdarəsinə bulvar ərazisində Wi-Fi çıxış nöqtələrinin quraşdırılması üzrə təkliflərini təqdim ediblər.
Bu barədə bazar ertəsi Trend-ə İdarədən bildiriblər.

Qurumdan deyiblər ki, mobil rabitə operatorları internet şəbəkəsinə pulsuz giriş xidməti üçün öz şəbəkə infrastrukturlarını təqdim etməyə hazırdırlar.

Hazırda Bakı bulvarı tamamilə simsiz Wi-Fi şəbəkəsi ilə əhatə olunub. Dənizkənarı Milli Parkda quraşdırılan Wi-Fi nöqtələrinin sayı 30 ədədi keçir.

İdarədən qeyd ediblər ki, mövcud şəbəkə infrastrukturunun 10 minədək istifadəçinin internet şəbəkəsinə qoşulmasını təmin etməyə gücü çatır: "Bayram günlərində bu göstərici xeyli arta bilər ki, bu da internetə çıxışın keyfiyyətinə mənfi təsir edir. Bununla əlaqədar olaraq, şəbəkə, eyni zamanda, maksimum sayda qoşulmaları təmin edə bildikdən sonra istismara verilə bilər. Buna görə də şəbəkənin davamlılığını təmin etmək üçün layihəyə bir neçə internet xidməti tədarükçüsünü cəlb etmək planlaşdırılır. Bu barədə qərar İqtisadiyyat və Sənaye Nazirliyi səviyyəsində qəbul ediləcək".

Simsiz şəbəkə bulvarın ziyarətçilərinə bəzi internet resurslarına (sosial şəbəkə, bəzi dövlət strukturlarının saytları və digərləri) pulsuz çıxış əldə etməyə imkan verəcək.

Şəbəkənin bütün üstünlüklərindən (videoya baxmaq və kontent yükləmək) istifadə etmək arzusunda olan istifadəçilərə kommersiya paketlərinin təklif edilməsi istisna edilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti