...

Azərbaycan şirkəti Qırğızıstanda Dünya Bankının layihəsini icra edəcək

Telekommunikasiya Materials 25 Fevral 2014 15:07 (UTC +04:00)
Qeyd etmək lazımdır ki, SINAM şirkəti adıcəkilən layihə şərçivəsində keçirilən tenderin qalibi seçilib.
Azərbaycan şirkəti Qırğızıstanda Dünya Bankının layihəsini icra edəcək

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Azərbaycanın SINAM şirkəti Dünya Bankının "Mərkəzi Asiyada hidrometroloji xidmətlərin modernləşdirilməsi" layihəsi çərçivəsində Qırğızıstan Respublikası Fövqəladə Hallar Nazirliyi yanında Hidrometereologiya Agentliyi tərəfindən "QırğızHidroMet-in arxivinin üzunmüddətli saxlanma üçün elektron daşıyıcılara keçirilməsi və elektron daşıyıcılarda hidrometereoloji (HM) məlumatlar Fondunun yaradılması" layihəsinin icrasında iştirak edəcək.

Şirkətdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, layihə çərçivəsində texniki avadanlıqların və müvafiq proqram təminatlarının təchizatı, quraşdırılması, QırğızHidroMet-in arxivində yerləşən kağız sənədlərin rəqəmsal şəklə salınması, indeksləşdirilməsi və verilənlər bazasında saxlanması işlərinin yerinə yetirilməsi nəzərdə tutulub.

Qeyd etmək lazımdır ki, SINAM şirkəti adıcəkilən layihə şərçivəsində keçirilən tenderin qalibi seçilib. Tenderdə Azərbaycan şirkəti ilə yanaşı NSP MMC (Qırğızstan), Lanit QSC (Rusiya) və Empire&Redocs (Qırğızıstan və Rusiya şirkətlərinin konsorsiumu) iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti