...

Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasına görə cərimələri ödəniş terminalları vasitəsilə ödəmək mümkün olacaq

Telekommunikasiya Materials 2 Aprel 2014 15:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir H.Vəliyev/

Cari ilin ortalarında Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasına görə cərimələri MilliÖN ödəniş terminalları vasitəsilə ödəmək mümkün olacaq. Bu barədə Trend-ə "Komtec" şirkətindən bildiriblər.

Şirkətdən deyiblər ki, kommersiya tərkibli razılaşma artıq əldə olunub və hazırda layihənin texniki aspektlərinin həlli üzrə işlər aparılır.

MilliÖN ödəniş terminallarında, həmçinin bank kartlarından istifadə mümkün olacaq ki, bu da xidmətə görə ödəniş etmək üçün pulları avtomatik köçürməyə imkan yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti