...

Azərbaycanın İT-həlləri Asiya İnkişaf Bankının layihəsi çərçivəsində tətbiq edilib

Telekommunikasiya Materials 21 Aprel 2014 12:52 (UTC +04:00)
Qırğızıstanın paytaxtı Bişkekdə Qırğızıstanın Dövlət Vergi Xidmətinin (DVX) avtomatlaşdırılmış sisteminin tətbiqinin nəticələri üzrə beynəlxalq konfrans keçirilmişdir.
Azərbaycanın İT-həlləri Asiya İnkişaf Bankının layihəsi çərçivəsində tətbiq edilib

Azərbaycan, Bakı, 21 aprel /Trend/

Qırğızıstanın paytaxtı Bişkekdə Qırğızıstanın Dövlət Vergi Xidmətinin (DVX) avtomatlaşdırılmış sisteminin tətbiqinin nəticələri üzrə beynəlxalq konfrans keçirilmişdir. Asiya bankı tərəfindən maliyyələşdirilən bu layihə Azərbaycanın SİNAM şirkəti tərəfindən həyata keçirilmişdir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi şirətdən daxil olan məlumatda deyilir.

Qırğızıstanın Dövlət Vergi Xidmətinin rəhbəri Zamirbek Osmanov bildirdi ki, sistemin qiyməti 10 milyon ABŞ dollaır təşkil edir. Artıq Qırğızıstanın vergi ödəyəcilirənin 61%-i sistemin üstünlüklərini müsbət qiymətləndirmişdi. Sistem çərçivəsində "Vahid pəncərə" xidməti tətbiq edilmişdir; yoxlanışların keçirilməsi, hesab-fakturaların əldə olunması, bəyannamələrin baxılması və s. haqqında izahatlar və məlumatlandırma göstəriciləri üzrə çoxlu sayda müsbət dəyişikliklər mövcudur.
SİNAM şirkətinin prezidenti Elçin Əliyev yeni sistemin strukturu və istifadə edilmiş texnologiyalar haqqında danışıb. Belə ki, Qırğızıstanda ilk dəfə olaraq elektron hökumət sistemi üçün lazım olan əlaqə mərkəzi, analitik hesabatlılıq altsistemi, elektron imza infrastrukturunun dəstəklənməsi, dövlət təşkilatları üçün elektron xidmətlər, vergi ödəyicilərinin təşkilatları üçün elektron xidmətlər və vətəndaşlar üçün elektron xidmətlər kimi bütün komponentləri əhatə edən tam inteqrasiya olunmuş sistem yaradılmışdır.
Funksional prinsipə əsaslanan vergi xidmətinin yeni strukturu hazırlanıb tətbiq edilmişdir: vergi ödəyicilərilə iş, gəlirlərin uçotu və bəyannamələrin işlənməsi, vergi borcunun alınması, vergi ödəyicilərinin auditi, apellyasiya.
Konfrans zamanı Qırğızıstanın Dövlət Vergi Xidmətinin rəhbərliyi layihənin müvəffəqiyyətlə icra etdiyinə görə SİNAM şirkətinə öz dərin minnətdarlığını bildirmişdir.
Qeyd etmək lazımdır ki, vergi inzibatçılığının islah edilməsi və təkmilləşdirilməsi bir neçə mərhələyə həyata keçirildi. Avtomatlaşdırılmadan öncə tədris mərkəzi yaradıldı ki, bu da avtomatlaşdırma prosesi zamanı, demək olar ki, hər bir əməkdaşa (2300-dən çox) təlim keçmək imkanını yaratdı. Analitik sistemlərin yaradılması və hesabatlılığın qurulması məqsədilə tətbiq edilmiş həllər bütün təşkilat miqyasında ən yaxşı qərarın qəbul edilməsi üçün tam və vacib məlumatı vaxtında əldə etməyə imkan verən biznes-təhlil üçün nəzərdə tutulan müasir platformanı təmin edir.
Qırğızıstanın vergi xidmətinin informasiyalaşdırılması Asiya İnkişaf Bankının layihəsi çərçivəsində davam edtiriləcək. Perspektivdə elektron xidmətlərin, vergi hesabatlarının və vergi ödənişlərinin elektron şəkildə təqdim edilməsi, digər qurumların məlumat sistemləri üçün elektron xidmətlər, internet və mobil bankçılıq kimi innovasiyalı vergi ödənişi üsullarının daha da genişləndirilməsi və təkmilləşdirilməsi planlaşdırılmışdır.
Gələcəkdə həmçinin risk-yönümlü vergi nəzarət sisteminin genişləndirilməsi, vergi daxilolmalarının mərkəzləşdirilmiş avtomatlaşdırılmış uçotu, üçüncü tərəflərlə məlumat mübadiləsinin genişləndirilməsi, Dövlət Vergi Xidmətinin əməkdaşlarının təlimi üçün elektron sistemin tətbiqi və digər bu kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti