...

Cari ilin I yarısında Bakıda 15 min yeni telefon nömrəsi istifadəyə verilib

Telekommunikasiya Materials 4 Avqust 2014 10:16 (UTC +04:00)
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) ATS-lərdə olan boş tutumları istifadəyə vermək üçün əhali və təşkilatlara 2014-cü ilin I yarısında 15 770 ədəd yeni telefon (o cümlədən CDMA - 545 ədəd) sənədləşdirib
Cari ilin I yarısında Bakıda 15 min yeni telefon nömrəsi istifadəyə verilib

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir Emil İsmayılov/

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) ATS-lərdə olan boş tutumları istifadəyə vermək üçün əhali və təşkilatlara 2014-cü ilin I yarısında 15 770 ədəd yeni telefon (o cümlədən CDMA - 545 ədəd) sənədləşdirib və şəbəkə ATS-lərinə 15 009 ədəd yeni nömrənin qoşulmasını təmin edib. Trend-in məlumatına görə, bunu BTRİB-in baş direktoru Beytulla Hüseynov "Rabitə dünyası" qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, I yarımil ərzində şəbəkə ATS-lərindən müxtəlif səbəblər üzündən 12 900 ədəd telefon çıxarılıb.

BTRİB şəbəkəsində olan CDMA-nın baza stansiyalarının sayı hazırda 24 ədəd təşkil edir. Cari ilin I yarısında CDMA-nın istifadə tutumu 9754 nömrəyə (o cümlədən, limitli - 5046 nömrə və limitsiz - 4708 nömrə) çatdırılıb

ATS-lərin montaj tutumları 820 080 nömrə təşkil edir.

B.Hüseynov qeyd edib ki, ötən il BTRİB-in aktivləri 7 faiz artarq 166,48 milyon manatı ötüb. 2013-cü ilin sonuna şirkətin uzunmüddətli aktivləri 2012-ci illə müqayisədə 4,37 faiz artaraq 96,1 milyon manatı keçib.

2013-cü ildə dövlət operatorunun xalis mənfəəti 1,52 milyon manat təşkil edib ki, bu da 2012-ci ilin göstəricisindən 59,5 faiz azdır. 2012-ci ildə bu göstərici 3,76 milyon manatı ötüb ki, bu da 2011-ci ilin göstəricisindən 29,7 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti