...

Bakcell şəbəkəsi sınaqda uğurlu nəticələr nümayiş etdirib

Telekommunikasiya Materials 23 Oktyabr 2014 15:00 (UTC +04:00)
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti ölkənin mobil rabitə operatorlarının xidmət keyfiyyətinin yoxlanılması məqsədilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sirafişi ilə həyata keçirilmiş monitorinqin nəticələrini məmnunluqla bölüşür.
Bakcell şəbəkəsi sınaqda uğurlu nəticələr nümayiş etdirib

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti ölkənin mobil rabitə operatorlarının xidmət keyfiyyətinin yoxlanılması məqsədilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sirafişi ilə həyata keçirilmiş monitorinqin nəticələrini məmnunluqla bölüşür.

Monitorinq dünyanın nüfuzlu "Global Wireless Solutions" şirkəti tərəfindən bu ilin iyul ayında Bakıda "Gəzinti testi", "Nəqliyyat testi" və "Qapalı məkan testi" formasında aparılıb.

Monitorinqin nəticələrinə əsasən paytaxın Nizami küçəsində aparılan "Gəzinti testi" zamanı Bakcell İnternetə qoşulma üzrə ən yaxşı nəticə nümayiş etdirib. Belə ki, sözügedən ərazidə "Bakcell"in 3G şəbəkəsində İnternetin keyfiyyəti hətta digər operatorun 4G şəbəkəsindəkindən üstün olub. "Qapalı məkan testi" vasitəsilə zənglərin keyfiyyətinin ölçülməsi zamanı da Bakcell 100%-lik nəticə nümayiş etdirib. Bakcell SMS-lərin çatdırılmasının etibarlılığı sınağından da uğurla çıxıb və ən yaxşı nəticələrdən birini göstərib.

Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Şirkət abunəçilərə göstərilən xidmətin səviyyəsini daha da yaxşılaşdırmaq məqsədilə şəbəkəsinə sərmayə yatırmağa davam edir. "Bakcell"in 3G Sür@ xidməti vasitəsilə abunəçilərə ən yüksək səviyyəli mobil internet xidməti göstərilir. 1000-dən artıq 3G stansiyaları sayəsində "Bakcell"in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti məşhur beynəlxalq "The Business Year" nəşri tərəfindən "İlin Mobil İnternet Provayderi" elan edilib.

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti