...

Fransa peykin idarəçiliyini Azərbaycana verəcək

Telekommunikasiya Materials 5 Noyabr 2014 20:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir Hüseyn Vəliyev/

SPOT-7 aşağıorbitli peykin idarəçiliyinin "Azərkosmos" ASC-yə verilməsi məsələsi yaxın vaxtlarda həll olunacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov deyib.

"Airbus Defence and Space" şirkəti iyunun 30-da SPOT-7 Yerin məsafədən zondlanması peykini orbitə buraxmışdı.

Onun sözlərinə görə, Fransanın "Airbus Defence and Space" şirkəti ilə peykin idarə edilməsinin Azərbaycana verilməsi haqqında danışıqlar yekun mərhələdədir.

Peykin buraxılması "Azərkosmos" ASC ilə strateji əməkdaşlıq üzrə sazişin reallaşdırılmasının tamamlanması prosesində vacib addımdır.

"Azərkosmos" və Fransa şirkəti sazişi bu ilin mayında imzalamışdılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti