...

Azərbaycan iki peyki birdən idarə edəcək

Telekommunikasiya Materials 6 Noyabr 2014 19:55 (UTC +04:00)
Azərbaycan iki aşağıorbitli peyk üzərində idarəetməni əldə edəcək.

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan iki aşağıorbitli peyk üzərində idarəetməni əldə edəcək. Bunu Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) deyiblər.

Nazirlikdən bildiriblər ki, söhbət "Azərkosmos" ASC və Fransanın "Airbus Defence and Space" şirkətinin "SPOT 6" və "SPOT 7" aşağıorbitli peykləri birgə istifadə etməsindən gedir.

Peyklərdən hər biri Yerin 3 milyon kvadratmetrlik səthinin gündəlik çəkilişini həyata keçirmək gücündədir.

Hazırda RYTN-nin "Airbus Defence and Space" ilə strateji əməkdaşlığı haqqında sazişin hazırlanması üzrə iş yekunlaşma mərhələsindədir. Saziş peyklərdən ötürülən məlumatların birgə istifadəsini, eləcə də "Azərkosmos" və Fransa şirkəti arasında peyklərin istismarından əldə olunan gəlirlərin bərabər bölüşdürülməsini nəzərdə tutur.

Nazirlikdən qeyd ediblər ki, "SPOT 7" peyki ilin sonunadək "Azərkosmos"un tam mülkiyyətinə veriləcək və bundan sonra onun kommersiya istismarı başlayacaq.

Qeyd edək ki, "SPOT 6" Yerin məsafədən zondlanması peyki orbitə 2012-ci ilin sentyabrın 9-da, "SPOT-7" peyki isə bu il iyunun 30-da çıxarılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti