...

“Microsoft” bütün platformalar üçün “Office” tətbiqini təqdim edir

Telekommunikasiya Materials 12 Noyabr 2014 13:13 (UTC +04:00)
“Microsoft” Korporasiyası “iPhone”, “iPad” və “Android” platformalı planşetlər üçün “Office” tətbiqini təqdim edib. Vacib məqamlardan biri odur ki, indi sənədlərin yaradılması və redaktəsi üçün “Office”ə abunə olmaq lazım deyil.
“Microsoft” bütün platformalar üçün “Office” tətbiqini təqdim edir

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

"Microsoft" Korporasiyası "iPhone", "iPad" və "Android" platformalı planşetlər üçün "Office" tətbiqini təqdim edib. Vacib məqamlardan biri odur ki, indi sənədlərin yaradılması və redaktəsi üçün "Office"ə abunə olmaq lazım deyil.

Trend-in məlumatına görə, "Microsoft" Korporasiyası "Office" alətlərindən istifadə etməyin tamamilə yeni yanaşmasını təqdim edib. "Word", Excel və "PowerPoint" kimi ən məşhur ofis tətbiqləri artıq krossplatformalıdır və "iPhone" və "iPad" istifadəçilərinə, eləcə də ilkin formada "Android" platformalı planşet sahibləri üçün əlçatan olub. "Microsoft" bütün dünyada mobil cihazlar və bulud xidməti istifadəçilərinə informasiya ilə məhsuldar və səmərəli iş üçün genişfunksionallı "Office" təklif edir. Yalnız keçən il "Microsoft Office" üçün 150 yenilik tətbiq edib. Bunların 1/3 hissəsi son 3 aya təsadüf edir".

"Hər dəqiqənin hesablandığı müasir dünyada informasiya ilə iş üçün əlinin altında rahat alətin olması vacibdir. Bugünkü gündə artıq milyarddan çox insan "Microsoft Office"dən istifadə edir. Onların 40 milyonu - "iPad" istifadəçisidir. İndi smartfon və planşet sahibləri hansı platformada işləməsindən asılı olmayaraq, öz sevimli cihazlarında sənədlər yaradıb, onları redaktə edə bilərlər", - deyə Rusiyada "Microsoft" informasiya ofis sistemlərinin tanıtım şöbəsinin rəhbəri Olqa Masek bildirib.

Bu gün "iPad" sahiblərinin ardınca "iPhone" və "Android" platformalı cihaz istifadəçiləri də onlara yaxşı tanış olan "Office" tətbiqindən istənilən zaman və istənilən məkanda istifadə etmək imkanı qazandılar. İndi, mobil platformasından asılı olmayaraq, bütün mobil cihaz istifadəçiləri adi məsələləri tez həll edib və vaxta qənaət edə bilərlər.

"iPhone" üçün yeni "Office" tətbiqi "Word", "Excel" və "PowerPoint"dən istifadə etmək imkanı, eləcə də "iPad" üçün mövcud versiyaların ən yaxşı yeni imkanlarını təklif edir. Proqramları artıq yükləmək mümkündür.

"iPad" üçün yenilənmiş "Office"i buradan yükləmək olar.

"Android" planşetləri üçün "Office" proqramının ilkin versiyası "Word", "Excel" və "PowerPoint"dən "Android" platformasında istifadə etmək imkanını yaradır. İlkin versiyadan istifadə etmək üçün artıq qeydiyyatdan keçmək olar. Son versiya 2015-ci ilin əvvəlində təqdim olunacaq.

Hər kəs üçün daha çox "Office". Artıq "iPhone", "iPad" və "Android" istifadəçiləri "Office"də abunə olmadan sənəd yaradıb və redaktə edə bilərlər. Mobil cihaz istifadəçilərinin əksəriyyəti "Office"dən istifadə edərək daha çox şey həyata keçirə bilər.

Bundan başqa, Korporasiya "Windows 10" yeni əməliyyat sistemi üçün uyğunlaşdırılmış yeni "Office" dəstinin təfərrüatını təqdim edib. Daha geniş informasiya yaxın zamanda təqdim olunacaq.

İndi "Office 365" abunəçiləri "Office"in ən yaxşı imkanları və tam funksiya dəstindən, eləcə də limitsiz bulud saxlayıcısı "OneDrive" xidmətindən faydalana bilərlər. Ev üçün "Office 365" və ya şəxsi "Office 365"ə abunə olaraq, istifadəçilər müxtəlif cihazlarda "Office" əlavələrinin bütün funksiyalarından istifadə edən 7,1 milyon aktiv abunəçi cəmiyyətinin bir hissəsi olurlar.

"iPad" və "iPhone üçün "Office"in yeni tətbiqləri 136 ölkədə 29 dildə mövcud olacaq və "iOS 7.0" və ya daha son versiya əməliyyat sistemli cihazlar üzərində işləyəcək. İstifadəçilər "Office"in "Android" planşetlər üçün ilkin versiyasını qeydiyyatdan sonra əldə edə bilərlər.

Qeyd edək ki, 1975-ci ildə təsis edilmiş "Microsoft" Korporasiyası proqram təminatı istehsalında dünya lideridir. "Microsoft" Korporasiyası geniş çeşidli proqram məhsulları hazırlayır və istehsal edir. Onların arasında stolüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün stolüstü biznes-tətbiqlər və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, internet şəbəkəsində işləmək üçün vasitələr və hazırlama alətləri. "Microsoft" Korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur.

2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən "Microsoft Azerbaijan" şirkətinin başlıca vəzifəsi - elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni məhsulların tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti