...

"Azərpoçt" ko-brendinq kartları buraxacaq

Telekommunikasiya Materials 12 Noyabr 2014 19:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir Hüseyn Vəliyev/

"Azərpoçt" MMC "MasterCard" beynəlxalq ödəniş sisteminin ko-brendinq kredit kartlarını buraxmağa hazırlaşır. Bunu Trend-ə MMC-dən deyiblər.

Azərbaycanın iri bankları ilə layihənin reallaşdırılması üzrə danışıqlar aparılır və onların emissiyasının başlama tarixi 2015-ci ildə gözlənilir.

Banklarla əməkdaşlıq ödəniş kartlarının xeyli artmasına xidmət edir və poçt operatorunun proqnozlarına əsasən kartların sayı yaxın vaxtlarda 100 mini ötə bilər.

Qeyd edək ki, hazırda Azərbaycan poçtunun ödəniş kartlarının ümumi sayı 22 mini ötür, onların 10,6 minindən çoxu aktivdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti