...

"Mançester Yunayted"in oyununa bilet uduşu

Telekommunikasiya Materials 19 Noyabr 2014 18:27 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti özünün "Ulduzum" sadiqlik proqramı çərçivəsində “Megafun” əyləncə mərkəzi ilə birgə boulinq çempionatına start verib.
"Mançester Yunayted"in oyununa bilet uduşu

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti özünün "Ulduzum" sadiqlik proqramı çərçivəsində "Megafun" əyləncə mərkəzi ilə birgə boulinq çempionatına start verib.

Şirkətdən Trend-ə verilən məlumat görə, 30 dekabr 2014-cü il tarixinə qədər keçiriləcək çempionatda qalib gələn komanda üzvləri "Bakcell"dən İngiltərənin Mançester şəhərinə səyahət paketi və əfsanəvi "Old Trafford" stadionunda keçiriləcək oyuna bilet qazanacaq. Komanda üzvləri eyni zamanda 30 dekabr tarixində Azərbaycanın futbol üzrə milli yığmasının 4 oyunçusu ilə boulinq oynamaq şansı qazanacaq.

İkinci yer tutan komandanın iştirakçılarına ALOV smartfonu, üçüncü yer tutan komandanın iştirakçılarına isə "Megafun"dan 100 AZN-lik balans kartları hədiyyə olunacaq.

İstənilən "Bakcell" abunəçisi "Megafun" yazıb 5555 qısa nömrəsinə pulsuz SMS yollamaqla çempionatda iştirak hüququ əldə edə bilər. Boulinq çempionatında yalnız komanda şəklində iştirak etmək mümkündür. Hər komanda 4 nəfərdən ibarət olmalıdır. Komanda şəklində oyun üçün edilən ödənişlərə 25% endirim təqdim olunur.

Çempionatın şərtləri barədə daha ətraflı məlumatı "888" yazıb 5555-ə pulsuz SMS göndərməklə əldə etmək olar.

Çempionat keçirildiyi müddətdə "Megafun boulinq"də şəkil çəkib "Bakcell"in "Facebook" səhifəsində yerləşdirməklə əlavə hədiyyələr əldə etmək olar. "Facebook" istifadəçiləri tərəfindən ən çox bəyənilən fotoların sahiblərinə "Ulduzum" tərəfdaşlarından hədiyyə kartları təqdim olunacaq. Həmin müsabiqə haqqında ətraflı məlumatı Bakcell-in "Facebook" səhifəsindən əldə edə bilərsiniz.

www.ulduzum.az saytında "Ulduzum" proqramının partnyorları siyahısı, onların təklif etdiyi endirimlər və daha ətraflı məlumatı əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti