...

Azərbaycanın mobil operatorlarının mübahisəsini bazar tənzimləyicisi həll edə bilər

Telekommunikasiya Materials 20 Noyabr 2014 11:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru "Azerfon" MMC ("Nar Mobile" ticarət markası) digər operatorlar - "Azercell" və "Bakcell" şirkətləri arasında operatorlararası birləşmə tariflərinin azalması planında öz tarif siyasətində heç bir dəyişiklik etmək niyyətində deyil. Trend xəbər verir ki, bu barədə jurnalistlərə "Azerfon" şirkətinin baş direktoru Kent Maknili məlumat verib.

Söhbət qiyməti dövlət tərəfindən 0,02 manat məbləğində təyin olunan operatorlarlarası birləşmənin (interkonnektin) dəyərindən gedir. Bir müddət əvvəl bərabər inkişaf şəraitinin yaradılması üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi operatorları operatorlarlarası birləşmənin tariflərinin unifikasiyası barədə xəbərdar etmişdi. Operatorlar arasında belə birləşmə üçün tarif (danışığın başa çatan dəqiqəsinin dəyəri) 0,05 manatdan 0,02 manatadək azaldılmışdı. Birləşmə tarifini bir operatordan digərinə abonentin şəbəkədənkənar danışığının bir dəqiqəsinin məbləği müəyyən edir.

Onun sözlərinə görə, yaranmış vəziyyətin həlli tamamilə nazirlikdən asılıdır.

Maknili bildirib: "Bizim müəyyən tariflərimiz var ki, biz onları "Azercell" və "Bakcell" rəhbərliyi ilə razılaşdırmışıq. Bu gün bizim öz rəqiblərimizlə həll etməyə çalışdığımız müvafiq məsələlər mövcuddur. Nazirlik tərəfdən bizə öz tarif siyasətimizdə hansısa dəyişiklik etmək barədə tapşırıq daxil olmayıb".

Hazırda göstərilən məsələ "Azercell Telecom" və "Bakcell" şirkətləri arasında tamamilə razılaşdırılıb. Onlar arasında operatorlarası birləşmənin dəyəri 0,02 manat təşkil edir. "Azerfon"a gəldikdə hələlik bu şirkət ilə operatorlarası birləşmənin dəyəri dövlətin rəsmən təyin etdiyi tarifdən çox uzaqdır. Bu da təbii ki, nə "Bakcell"i, nə də "Azercell"i qane edir. Çünki göstərilən tarif 0,05 manat təşkil edir.

Bir müddət əvvəl "Azercell" şirkətinin prezidenti Kirill Qaburiçin Trend-ə bildirdiyi kimi, bu məsələnin həll olunmaması həm operatorlar arasında qüvvədə olan, həm də son istifadəçi üçün müəyyən olunmuş rariflərin aşağı salınmasında çətinlik yaradır: "Tez-tez istehlakçılar üçün tarif plankasına dəstək olmaq məqsədilə maya dəyərinə xidmət göstərməyə məcburuq ki, bu da yanlışdır. Sözsüz, şəbəkələrarası birləşmələrə asimmetrik tariflərdən istifadənin dünya təcrübəsi mövcuddur. Lakin belə tariflər bazarda maksimum 3 il fəaliyyət göstərən yeni operatorlara tətbiq edilir və onların stajlı [təxminən 7-8 il] operatorlara tətbiqi yolverilməzdir".

"Bakcell" şirkəti də operatorlarası birləşmənin tariflərinin azaldılmasının tərəfdarıdır. Şirkətin baş icraçı direktoru Riçard Şirerin sözlərinə görə, göstərilən məsələ "Azercell Telecom"la tam razılaşdırılıb. Onun operatorlararası birləşməsinin dəyəri 0,02 manat səviyyəsindədir.

Şirer bildirib: "Amma biz ümid edirik ki, bu məsələ həll ediləcək. Şübhəsiz ki, tariflər simmetrik olmalıdır, yəni biz şəbəkələrarası birləşmə üçün başqa operatora nə qədər ödəməliyiksə, o da bizə tam o qədər ödəməlidir. Əgər bir operator 0,02 manat, digəri isə 0,05 manat ödəyəcəksə, bu, əlbəttə, bazarın reallıqlarına uyğun olmayacaq. Məhz buna görə biz onların azaldılmasının tərəfdarıyıq".

Operatorlar arasındakı mübahisəli məsələni Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən də şərh ediblər. Agentliyin müsahibinin sözlərinə görə, əgər "Azerfon" operatorlarası birləşmə tarifinin azaldılması üçün addımlar atmırsa, deməli, bu vəziyyət şirkəti tam qane edir: "Biz bu məsələnin operatorların öz aralarında həll edilməsinin tərəfdarıyıq. Buna baxmayaraq, əgər tərəflər kompromisə gələ bilməsələr, onda nazirlik operatorların müraciəti əsasında bu prosesə müdaxilə edə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti