...

"Nar Mobile" jurnalistlərlə növbəti görüş keçirib (FOTO)

Telekommunikasiya Materials 20 Noyabr 2014 13:44 (UTC +04:00)
Noyabrın 19-da “Nar Mobile” Mətbuat klubunda media nümayəndələri ilə növbəti görüş keçirilib.
"Nar Mobile" jurnalistlərlə növbəti görüş keçirib (FOTO)

Azərbaycan, Bakı, 20 noyabr /Trend/

Noyabrın 19-da "Nar Mobile" Mətbuat klubunda media nümayəndələri ilə növbəti görüş keçirilib. Şirkətdən cümə axşamı Trend-ə verilən məlumata görə, Bakı Biznes Mərkəzində qeyri-rəsmi müstəvidə keçirilən ənənəvi görüş "Azerfon" şirkətinin 2014-cü ildəki fəaliyyəti və şirkətin mobil rabitə təminatçısı və rəsmi tərəfdaşı olduğu Bakı-2015 Avropa oyunlarına həsr olunub.

Çoxsaylı jurnalist və ictimaiyyət nümayəndələrinin qatıldığı görüşü "Azerfon" şirkətinin İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət bölümünün rəhbəri Nigar Arpadarai açıq elan edib. Daha sonra qonaqları salamlayan şirkətin marketinq üzrə Baş direktoru Maksim Fyodorov təqdimatla çıxış edib və "Nar Mobile" mobil operatorunun fəaliyyətindəki yeniliklərdən söhbət açıb.

Mətbuat klubunun qonaqları görüşdə iştirak edən ilk Avropa oyunlarının Təşkilat komitəsinin rəhbər nümayəndələri ilə də qeyri-rəsmi təmas qurmaq fürsəti əldə ediblər. Görüş zamanı bu və ya digər məsələlərlə bağlı ölkənin tanınmış jurnalistləri ilə geniş fikir mübadiləsi aparılıb. Mükəmməl ünsiyyət platformu olan Mətbuat klubundakı bu görüş istirahət zəminində keçib və media nümayəndələri üçün səmərəli olub.

Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan "Nar Mobile", 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində "Nar Mobile" daima sərfəli qiymət siyasətinə sadiq qalaraq müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim etmiş və abunəçilərin rəğbətini qazanmışdır. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri və abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır. Nar Mobile Bakı 2015 Avropa oyunlarının rəsmi mobil rabitə təminatçısıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti