...

"Siqaretsiz həyat daha gözəldir"

Telekommunikasiya Materials 20 Noyabr 2014 17:21 (UTC +04:00)
"Azercell" bütün əməkdaşları arasında sosial təşəbbüs həyata keçirdi
"Siqaretsiz həyat daha gözəldir"

Azərbaycan, Bakı, 20 noyabr /Trend/

Bir çox ölkələrdə 20 noyabr - Ümumdünya Siqaretdən İmtina Günü kimi qeyd olunur. Ölkənin lider mobil rabitə operatoru "Azercell Telekom" məhz bu tarixdə öz əməkdaşları arasında "Siqaretsiz həyat daha gözəldir" şüarı altında xüsusi kampaniya təşkil edib.

Kampaniya çərçivəsində şirkətin hər bir işçisinə üzərində siqaretin zərərli vərdiş olmasını əks etdirən stiker və stressbol hədiyyə olunub. "Azercell-lə həyat daha gözəldir" deyən şirkət əməkdaşları bir günlərini "Siqaretsiz həyat daha gözəldir" aksiyasına həsr ediblər.

Kampaniyaya qoşulan "Azercell" əməkdaşları həmçinin öz həmkarları və tanışlarını sosial şəbəkələr vasitəsilə siqareti tərgitməyə dəvət ediblər. Kampaniya iştirakçıları sosial şəbəkələrdə paylaşılan statuslarda #Siqaretsiz heşteqindən yararlanıb.

Qeyd edək ki, siqaretin zərərləri saysız həddədir. Tütün məmulatlarından asılılıq həm sağlamlığa ciddi ziyan vurur, həm də cibə. Hər il dünyada siqaretin səbəbkar olduğu xəstəliklərdən 5 milyon insan dünyasını dəyişir. Digər tərəfdən, siqaret çəkənlər özləri ilə yanaşı, ətrafdakıların səhhətinə də böyük ziyan vururlar. Hesablamalara görə, ildə 600 min insan passiv siqaret çəkmə səbəbindən vəfat edir və onların əksəriyyəti uşaqlardır.

Azərbaycanın qabaqcıl korporativ sosial məsuliyyətli şirkətlərindən olan "Azercel" daim ətraf mühit və sağlamlığa faydalı olan layihələr həyata keçirir. "Azercell" enerjidən səmərəli istifadəni təmin etmək və karbon hasilatını azaltmaq üçün çalışır. Şirkət daxilində "yaşıl ofis" siyasəti yürüdülür. "Azercell" öz abunəçilərini də bu prosesə cəlb edir və onları ətraf mühitə qarşı zərərsiz həyat tərzi seçməyə çağırır. Məhz Azercell-in texniki həlləri sayəsində abunəçilər ətraf mühitə qarşı ziyansız həyat tərzi yaşayırlar və karbon hasilatını azaldırlar. "Azercell" qlobal istiləşmə və karbon emissiyası kimi problemlərə dair ictimaiyyətdə məlumatlılığın artırılması, müxtəlif komandalar üçün unikal elektron alət hazırlayıb. Bununla da "Azercell" ölkədə insanların ətraf mühit baxımından daha zərərsiz həyat tərzi sürməsinə yardım edən ilk şirkət olub. Sağlam həyat tərzini təbliğ edən "Azercell Telekom" MMC dəfələrlə idman yarışlarının təşəbbüskarı, müxtəlif idman komandalarının sponsoru qismində çıxış edib, uşaqlar arasında belə yarışmaların keçirilməsi üçün dəstəyini əsirgəməyib.

Əməkdaşları arasında keçirmiş olduğu "Siqaretsiz həyat daha gözəldir" şüarı altında təşəbbüs "Azercell" tərəfindən reallaşan və gələcəkdə daha böyük miqyasda genişləndirilə biləcək növbəti sosial layihə oldu.

Daha ətraflı məlumat üçün: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti