...

Yeni Narsim.az saytı

Telekommunikasiya Materials 21 Noyabr 2014 15:35 (UTC +04:00)
"Nar Mobile" mobil operatoru yeni www.narsim.az internet saytını istifadəçilərinin xidmətinə verib.
Yeni Narsim.az saytı

Azərbaycan, Bakı, 21 noyabr /Trend/

"Nar Mobile" mobil operatoru yeni www.narsim.az internet saytını istifadəçilərinin xidmətinə verib.

Şirkətdən Trend-ə verilən məlumata görə, bu sayta daxil olanlar istədikləri hər hansı bir "Nar" nömrəsini satışda olan nömrələr arasında axtara biləcəklər. İstifadəçinin axtardığı nömrə sistemdə olarsa, onlayn sorğunu cavanlandırmaqla onu sifariş etmək mümkün olacaq. Sifariş əsasında istifadəçi ilə əlaqə saxlanılır və qısa müddət ərzində nömrə sifarişçiyə təqdim olunur.

Qeyd edək ki, saytda olan axtarış sistemi çox sadədir. İnternet səhifəyə daxil olanlar prefiksi seçdikdən sonra istədikləri nömrəyə uyğun olaraq, istənilən ən azı üç xananı doldurmaqla axtarış edə bilirlər. Axtarışın nəticəsi iki tərzdə - qiymətə və nömrələrin ardıcıllığına görə təqdim olunur. Axtarış nəticəsində sistemdə tapılan nömrələrin tam sayı yuxarıda qeyd edilir. Bu xidmətdən Azərbaycan ərazisində adı, soyadı və əlaqə nömrəsini sistemə daxil etmiş hər bir sifarişçi yararlana biləcək.

Gələcəkdə www.narsim.az səhifəsinin əlavə funksiyalar vasitəsilə daha da mükəmməlləşdirilməsi gözlənilir.

"Nar Mobile" Bakı 2015 Avropa Oyunlarının rəsmi mobil rabitə təminatçısıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti