...

Azərbaycan radiotezliklərin müdafiəsi üçün tədbirlər görəcək

Telekommunikasiya Materials 22 Noyabr 2014 12:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanda radiotezlik spektrinin müdafiəsini təmin etmək üçün xüsusi texnologiyalardan istifadə olunacaq və mütəxəssislər cəlb ediləcək. Bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.

Agentliyin müsahibinin sözlərinə görə, tezliklərin xarici təsirlərdən mühafizəsi Bakı 2015 Avropa Oyunları kimi belə irimiqyaslı tədbirin keçirilməsinin əsas tərkib hissəsidir.

Bu məqsədlə idarə monitorinqlərin aparılması, radioelektron avadanlıqların sınaqlarının keçirilməsi və onların parametrlərinin yoxlanılması üçün xüsusi avadanlıqlar və qurğular istehsal edən şirkətlərlə müqavilələr imzalayıb. Avadanlıqlar ölkəyə yaxın vaxtlarda gətiriləcək.

Problemlər yaradan və tezlik spektrinə təsir edən əhəmiyyətli elementlər simsiz qurğulardır. Bununla əlaqədar olaraq Avropa oyunlarının keçirilmələri dövründə bütün istifadə edilən avadanlıqlar diqqətlə yoxlanılacaq.

Bundan başqa, bu gün operatorların tabeçiliyində olan müəyyən tezliklər şəbəkələrin etibarlı işinin təminatı üçün müvəqqəti götürüləcək.

Qeyd edək ki, 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.

Bakı 2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti